Ukraynada ruslardan azad edilən yaşayış məntəqələrinin sayı açıqlanıb
Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukrayna müdafiə qüvvələri 1026 yaşayış məntəqəsini rus işğalçılarından azad edib. Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Kirilo Timoşenko məlumat yayıb.
"1026 yaşayış məntəqəsi azad edilib. İşğal olunmuş ərazilərdə infrastruktur bərpa olunur",- müavin bildirib.
Sumı vilayətində zədələnmiş infrastruktur bərpa olunur, SES əməkdaşları isə Brodı, Oxtırka, Klimentove və Lyudja qəsəbələrində əraziləri minalardan təmizləyir.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlanılıb.
Hücumlar Ukraynanın şərqində, Rusiya sərhəddi ilə yanaşı, şimaldan Belarus və cənubda 2014-cü ildə Rusiyaya ilhaq edilən Krım bölgəsindən də həyata keçirilir.
Aytac
Hücumlar Ukraynanın şərqində, Rusiya sərhəddi ilə yanaşı, şimaldan Belarus və cənubda 2014-cü ildə Rusiyaya ilhaq edilən Krım bölgəsindən də həyata keçirilir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər