• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycan, Türkiyə və Qazaxıstan rəsmilərinin I üçtərəfli görüşü keçirilir

Azərbaycan, Türkiyə və Qazaxıstan rəsmilərinin I üçtərəfli görüşü keçirilir
27.06.2022 09:19
Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşü keçirilir.

İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev iştirak edir.
 
Görüşdə nazir Ceyhun Bayramov bildirib ki, Azərbaycanın yeni hədəfi regionda sabitliyə nail olmaqdır.

"Bu formatda ilk görüş keçirilir. Bu tarixi görüşə ev sahibliyi etməkdən məmnunluq duyuruq. Hazırda qlobal təhlükəsizliyə qarşı artan təhdidlər fonunda əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir. Üçtərəfli əlaqələrimizi bu səviyyədə gözdən keçirməyimiz olduqca aktualdır. Ölkələrimizin daha sıx qarşılıqlı fəaliyyət göstərəcəyi əhəmiyyətli sahələrdən biri də regionda nəqliyyat dəhlizləridir”, - o deyib.
 
Nazir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra regionun əməkdaşlıq, qarşılıqlı hörmət və faydalı platformaya çevrilməsi istiqamətində ardıcıl xarici siyasət həyata keçirib.

"İndiki dövrdə də biz regionda sabitlik, təhlükəsizlik və firavanlığa nail olmaq üçün qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin işlənib hazırlanmasına çalışırıq. Bu gün əsası qoyulan üçtərəfli Azərbaycan-Türkiyə-Qazaxıstan formatı Azərbaycanın xarici siyasət münasibətlərimdə yenidir. İnanırıq ki, birgə ardıcıl səylərimizlə bu format regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın gücləndirilməsi baxımından effektiv platforma kimi özünü doğruldacaq. Hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı artan təhdidlər fonunda əməkdaşlığımı regional səviyyədə risklərin və çağırışların qarşısını alınmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən üçtərəfli əməkdaşlığımızın konkret istiqamətlərini nəzərdən keçirməyimiz olduqca aktualdır. Məhz bu baxımdan bugünkü görüşdə Avropa və Asiya arasında təhlükəsiz, səmərəli və etibarlı nəqliyyat və kommunikasiya əlaqələri müzakirə olunur. Bu, əməkdaşlıq edə biləcəyimiz ən effektiv sahələrdən biridir. İnanıram ki, bugünkü görüşdən sonra bu üç ölkə arasında əməkdaşlığım genişlənməsi üçün gələcək istiqamətləri müəyyən edəcəyik”, - XİN rəhbəri qeyd edib. (mənbə - apa)


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıdakı İran Bankına məxsus əmlaklar satışa çıxarılıb - Siyahı
İqtisadiyyat 10:29
Bakıdakı İran Bankına məxsus əmlaklar satışa çıxarılıb - Siyahı
Azərbaycan, Türkiyə və Qazaxıstan rəsmilərinin I üçtərəfli görüşü keçirilir
İqtisadiyyat 09:19
Azərbaycan, Türkiyə və Qazaxıstan rəsmilərinin I üçtərəfli görüşü keçirilir
Son 3 ildə Türkiyənin qaza tələbatı artıb - Alparslan Bayraktar
İqtisadiyyat 10:15
Son 3 ildə Türkiyənin qaza tələbatı artıb - Alparslan Bayraktar
Samir Şərifovdan neftin qiyməti ilə bağlı AÇIQLAMA - Təşvişə düşməyə ehtiyac yoxdur
İqtisadiyyat 04:47
Samir Şərifovdan neftin qiyməti ilə bağlı AÇIQLAMA - Təşvişə düşməyə ehtiyac yoxdur
Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat (FOTOLAR)
Cəmiyyət 17:42
Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat (FOTOLAR)
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol