• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

İyulun 6-7-də imtahan verəcək abituriyentlərə MÜRACİƏT

İyulun 6-7-də imtahan verəcək abituriyentlərə MÜRACİƏT
29.06.2022 21:00
Dövlət İmtahan Mərkəzi 6 və 7 iyul 2022-ci il tarixlərində keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. Bu barədə qurumdan deyilib.

Mərkəz tərəfindən iyulun 6-da III ixtisas qrupu, iyulun 7-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 7-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

"İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Məlumat üçün qeyd edək ki, imtahanlar saat 10:00-da başlanacaq.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Cəmiyyət 16:56
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:00
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Tovuzda parkdan kişi meyiti tapılıb
Cəmiyyət 15:30
Tovuzda parkdan kişi meyiti tapılıb
Bərdə sakini Ağdərədə minaya düşüb
Cəmiyyət 14:29
Bərdə sakini Ağdərədə minaya düşüb
Samuxda yük avtomobili yanıb
Cəmiyyət 12:58
Samuxda yük avtomobili yanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:30
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:14
Faktiki hava açıqlanıb
Məktəblərdə payız tətili başlayıb
Cəmiyyət 09:06
Məktəblərdə payız tətili başlayıb
Ağstafada kişi elektrik cərəyanı vurması nəticəsində ölüb
Cəmiyyət 08:58
Ağstafada kişi elektrik cərəyanı vurması nəticəsində ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol