Kütləvi məzarlıq aşkarlandı - Ukraynadan görüntülər
Ukraynanın Mariupol bölgəsində 100-dən çox cəsədin olduğu kütləvi məzarlıq tapılıb. Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat yayıb.
"Sol sahildə dağıntılar altında yeni kütləvi məzarlıq... Fevralın sonundan bəri daha 100-dən çox insan cəsədi... İşğalçılar yaxınlıqdakı dağıntıları təmizləyirlər, ancaq qəbirlərin köçürülməsindən söhbət belə getmir. İnsanlar faktiki olaraq sərdabələrdə yaşamağa davam edirlər”, - Andryuşşenko bildirib.
Onun sözlərinə görə, müvəqqəti küçə qəbirləri getdikcə daimi məzarlara çevrilir.
"İşğalçı hakimiyyət bərpa mənzərəsi yaratmaqla o qədər məşğuldur ki, qəbirlərin köçürülməsinə vaxtları çatmır”, - o vurğulayıb.

Petr Andryusşenko Maripulda eksqumasiya prosesinin tamamilə dayandırıldığını da qeyd edib.

Cari ilin aprelində peyk çəkilişləri zamanı Mariupoldan 20 kilometrlik məsafədə yerləşən, rusların işğalı altındakı Manquş kəndində 300 metr uzunluğunda xəndək – ehtimal ki, kütləvi məzarlıq – aşkar edilib.Mariupol meri Vadim Boyçenko Manquş kəndi yaxınlığındakı kütləvi məzarlıqlardan daha əvvəl danışmışdı. Onun sözlərinə görə, "mariupolluların cəsədlərini yük maşınları ilə daşıyır və xəndəklərə atırlar”.
Mariupol yaxınlığındakı Manquş kəndində başqa bir kütləvi məzarlıqda 3 mindən 9 minə qədər Mariupol sakininin basdırıldığı güman edilir. Qeyri-dəqiq hesablamalara görə, Mariupolda rus ordusu tərəfindən öldürülənlərin ümumi sayı 22 min nəfərdir.
Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində Mariupolda azı 20 minə qədər dinc sakinin həlak olduğunu bildirib.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Ləman Qasımova

Oxşar xəbərlər
Oxşar xəbərlər