• $
  • £

FSB zabitini ələ keçirən türk casus Rusiyadan necə çıxarılıb?

FSB zabitini ələ keçirən türk casus Rusiyadan necə çıxarılıb?
03.07.2022 09:59
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) türk qadın casusu həbs edib. Amma dövrün Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Sönməz Köksal xüsusi təyyarə ilə Rusiyaya uçub və casusu Moskvadan çıxarıb.

Bu maraqlı casusluq bazarlığı 1996-cı ildə baş verib.

Hadisə Rusiyanın "ORT” kanalında yayımlanan "Şərqdən gələn casus” sənədli filminin nümayişi zamanı ortaya çıxıb. Sözügedən sənədli filmdə Vicdan Şanslı adlı türk agentin 1996-cı ildə Qafqazın Krasnodar şəhərində yaxalandığı iddia olunub.

Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin mətbuat katibi Sergey Medvedyevin hazırladığı 40 dəqiqəlik sənədli filmə görə, Krasnodarda tutulan türk agenti Aleksandr İvonav adlı rus agentini MİT-də işləməyə razı salmağa çalışırmış. FSB-nin gizli kamera ilə çəkdiyi görüş və məxfi sənəd mübadiləsi arxiv görüntüləri ilə təqdim edilib. Sənədli filmdə Türkiyə ilə Rusiya arasında casusluq fəaliyyətləri ilə bağlı centlmen razılaşmasının əldə edildiyi, lakin MİT-in sözünün üstündə durmadığı da ifadə edilib.

"Vicdan Şanslı 1996-cı ildə tutulanda, törətdiyi cinayətləri nəzərə alsaq, ömrünün qalan hissəsini həbsdə keçirməli idi. Lakin həmin il o vaxt MİT müşaviri Sönməz Köksal Moskvaya gələrək gizli danışıqlar nəticəsində Vicdan Şanslını Türkiyəyə aparıb. FSB heç bir səs-küy salmadan tutulan agenti Türkiyə kəşfiyyatının rəisinə təhvil vermək qərarına gəlsə də, iki kəşfiyyat qurumu arasında daha etibarlı bir centlmen razılaşmasının olacağına ümid olunub”, - qeyd edilib.

Hətta iddia olunub ki, sonrakı illərdə Rusiyanın cənub bölgələrində, Krasnodar, Soçi və Novorosisk şəhərlərində Türkiyə kəşfiyyatına işləyən daha 17 agent tutulub. Amma qəribədir ki, belə informasiya öz təsdiqini tapmayıb. Daha sonra Rusiya "Türk agentləri tutuldu” xəbəri rus mediasını bəzəyib. Amma qəribədir ki, hadisə müəmmalı şəkildə bağlanıb. Rusiya məxfi xidməti FSB-nin Soçidə iki türk casusu Nesrin Uslu və Haki Mutludoğanı ələ keçirməsi xəbəri yayılsa da, bunun əsassız olduğu ortaya çıxdı. Soçidə turizm agentliyində tərcüməçi işləyən Nesrin Uslu viza almaq üçün Trabzondakı Rusiya Konsulluğuna gedərkən bu barədə xəbər tutub. Viza verilmədikdən sonra hadisədən xəbərdar olan Nesrin Uslu bildirib ki, aylardır Türkiyədədir və həbs edilməsi yalandır.

Həmin vaxt Soçidə olan Haki Mutludoğan da türk mətbuatına deyib ki, bu barədə heç bir məlumata malik deyil. Onun açıqlaması qəzetlərdə çıxandan sonra FSB Mutludoğana zəng edərək ifadəsini alıb(telegraf)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Azərbaycandan Ermənistana neft məhsulları tədarükünü müsbət qiymətləndirib
Cəmiyyət 14:54
Paşinyan Azərbaycandan Ermənistana neft məhsulları tədarükünü müsbət qiymətləndirib
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Cəmiyyət 21:04
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Qəzzaya humanitar yardım edilib
Cəmiyyət 15:59
Qəzzaya humanitar yardım edilib
Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma
Cəmiyyət 17:11
Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma
Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib - Rusiya
Cəmiyyət 15:29
Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib - Rusiya
İPhone 16-nın ən ucuz və ən baha satıldığı ölkələrin adları açıqlanıb
Cəmiyyət 15:47
İPhone 16-nın ən ucuz və ən baha satıldığı ölkələrin adları açıqlanıb
BƏƏ Durovun həbsi səbəbindən  Fransa ilə razılaşmanı pozub
Cəmiyyət 16:48
BƏƏ Durovun həbsi səbəbindən Fransa ilə razılaşmanı pozub
Ərizə yazıb istefa verdiyi vəzifəyə yenidən qayıtdı
Cəmiyyət 17:15
Ərizə yazıb istefa verdiyi vəzifəyə yenidən qayıtdı
Gürcüstanda partiya Putinə müraciət edib
Cəmiyyət 13:51
Gürcüstanda partiya Putinə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol