• $
  • £

Xəzər dənizində suyun səviyyəsi ildə 6-7 santimetr azalır

Xəzər dənizində suyun səviyyəsi ildə 6-7 santimetr azalır
05.07.2022 12:07
Hər il Xəzər dənizində suyun səviyyəsi 6-7 santimetr azalır. Dənizin su balansı həm də çay sularının axınından ibarətdir ki, bu da hər il dəyişir, 100 il əvvəl Xəzərin səviyyəsindən bu günlə müqayisədə iki metr çox idi. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan institutlarının vacib tapşırığı Xəzərdə suyun səviyyəsinin azalmasının qarşısının alınması və təmizlənməsi sahəsində tədqiqatların aparılmasıdır. Qədirov vurğulayıb ki, bu sahədə kosmik geodeziyanın və GPS tədqiqatların aparılması lazımdır.
 
"Biz Azərbaycanda bunu Rusiya tərəfi ilə birgə həyata keçirimişik, amma Qazaxıstan və Türkmənistan bunu həyata keçirə bilmir. Xəzər dənizinin Azərbaycan sektorunda 200-ə yaxın müxtəlif vulkan yerləşir ki, bu da dənizə öz təsirini göstərir. Xəzər dənizinin mühafizəsi məqsədilə Rusiya Elmlər Akademiyası ilə əməkdaşlıqda konsorsiumun yaradılması nəzərdə tutulur, buraya Xəzər regionunun digər ölkələri də daxil ola bilər", - o bildirib.
 
Qədirov vurğulayıb ki, Xəzər dənizinə yeraltı suların axmasına dair aparılan hesablamalar bu prosesin dəniz səviyyəsindəki tərəddüdlərə ciddi təsiri olmadığını göstərib.

"Tədqiqatçıların əksəriyyəti iqlim və bununla yaxından əlaqəli axınlı-miqrasiya amilinə üstünlük verirlər. Bütün bu amillərin kompleks təhlili Xəzər dənizi səviyyə tərəddüdlərinin bir çox ssenarilər üzrə tədqiqatlarını zəruri edir. Aparılan tədqiqatlarda Xəzər dənizinin səviyyəsində tərəddüdlərə səbəb olan əsas amillər olaraq iqlim və çay sularının olduğu qəbul edilsə də, 1977-ci ildə başlayan və bu günə qədər davam edən kəskin dəyişmələr bu faktorlarla izah oluna bilmir. 100 il əvvəl Xəzərin səviyyəsinin 2 metr yüksək olduğunu göstərir. XX əsrin 30-cu illərində səviyyə 1.5 m aşağı enib, 1978-1995-ci illər arasında 2.7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq ildə səviyyə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə üzləşə bilər. Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da bunların üzərində fluktuasiya dəyişmələri də müşahidə edilir", - o əlavə edib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev də Xəzərin suyunun azalmasından narahatlığı beynəlxalq konfransda dilə gətirib. Onun sözlərinə görə, iqlim dəyişmələri səbəbindən Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi region üçün potensial təhlükəyə çevrilib. 

"İqlim dəyişmələri son 30 il ərzində Xəzər dənizinin hövzəsində özünü daha həssas şəkildə göstərib. Dənizə tökülən çayların suyunun azalması yağıntıların miqdarının azalması ilə bərabər, həm də çay sularından kənd təsərrüfatının artan təlabatının ödənilməsinə yönəldilməsi ilə də izah edilir. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti davam edir", - nazir müavini deyib.

Onun sözlərinə görə, 2022-ci ilin sonunda Bakıda "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının, eləcə də oktyabr ayında Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin növbəti - 6-cı sessiyasının keçirilməsi nəzərdə tutulub.

"İnanırıq ki, ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsində bu konfransda aparılacaq müzakirələr nəticə etibarı ilə müəyyən qədər öz töhfəsini vermiş olacaq"-  Hacıyev konfransın gedişində etdiyi çıxışda bildirib. 
 
İyulun 5-də  Bakıda "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə hibrid formatda beynəlxalq konfrans keçirilir. Tədbirdə Xəzəryanı ölkələrin nümayəndələri ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin katibi Abdallah Mokssit, BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin Rezident Nümayəndəsi vəzfəsini icra edən Çaru Bist, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov və digər rəsmilər iştirak edir.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol