İsveç və Finlandiya NATO-ya üzvlük protokolunu imzalayıb
Finlandiya və İsveç NATO-ya üzvlük protokolunu imzalayıb, bunu NATO-nun sözçüsü Oana Lunqesku tviter səhifəsində yazıb.
Sənədi Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin XİN başçısı Ann Linde imzalayıblar.
Alyansın Baş katibi Yens Stoltenberq də mərasimdə iştirak edib. O, protokolların imzalanmasından əvvəl çıxış edib.
Alyansın Baş katibi Yens Stoltenberq deyib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük müddəti rəsmi olaraq başlayıb.
"Bu gün yaxşı gündür. Masa ətrafındakı 32 dövlətlə daha da güclü olacağıq. On illərin ən ciddi təhlükəsizlk böhranı ilə qarşı-qarşıyaykən özümüzü daha təhlükəsizlik hiss edəcəyik”, - o bildirib.
"Bu gün yaxşı gündür. Masa ətrafındakı 32 dövlətlə daha da güclü olacağıq. On illərin ən ciddi təhlükəsizlk böhranı ilə qarşı-qarşıyaykən özümüzü daha təhlükəsizlik hiss edəcəyik”, - o bildirib.
Cari ilin mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlı artan narahatlıqlar fonunda Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmaq üçün rəsmi ərizələrini təqdim edib.
Həm İsveç, həm də Finlandiya Avropa İttifaqının üzvüdür və finlər Rusiya ilə 1340 kilometrlik sərhədi bölüşür.
İki Şimali Avropa ölkəsinin NATO-ya üzv olmaq seçimi hazırkı Avropa təhlükəsizlik quruluşunda dönüş nöqtəsidir.
Fevralın 24-də Rusiyanın Ukraynaya səbəbsiz işğalına başlamasından sonra iki ölkə NATO-ya üzv olmaq istiqamətində sürətlə irəliləyib.
Rusiya prezidenti Vladimir Putin mayın 16-da bildirib ki, Rusiya Finlandiya və İsveçin NATO-ya daxil olmaq qərarını təhlükə kimi görməsə də, orada hər hansı hərbi infrastrukturun yerləşdirilməsi Moskvanın cavabına səbəb ola bilər.
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı isə Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi Ukrayna müharibəsinin uzanması deməkdir.
"Ukrayna müharibəsi uzanacaq və daha geniş coğrafiyaya yayılacaq. Finlandiya və İsveçin Türkiyəyə düşmənliyi də sirr deyil. Heç kim bizə nağıl danışmasın. Terror təşkilatına silah verənlərin sözünə necə inanaq? İttifaqlarına hansı məntiqlə etibar edək?!” – Baxçalı bildirib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər