• $
  • £

BMT-dən çağırış - Qaraqalpaqıstan hadisələri araşdırılsın

BMT-dən çağırış - Qaraqalpaqıstan hadisələri araşdırılsın
07.07.2022 14:56
Özbəkistanın Qaraqalpaqıstan muxtar respublikasında baş vermiş etirazlardakı ən azı 18 nəfərin ölümü müstəqil qaydada araşdırılmalıdır. Bununla bağlı Birləşmiş Millətlər Təşkilatının insan haqları ali komissarı Mişel Başelet rəsmi çağırış edib.

"Etirazlar zamanı qətllər də daxil ciddi zorakılıq olduqca narahatedicidir. Mən hakimiyyət orqanlarını son dərəcə təmkin göstərməyə çağırıram. Mən hakimiyyəti bu kontekstdə dövlət xəfiyyələrinin zorakılıqları da daxil, iddia olunan bütün cinayət əməllərinin dərhal, şəffaf və müstəqil təhqiqatına çağırıram”, - o bildirib.

Qarqalpaqıstan sakinləri bölgənin suverenliyinin məhdudlaşdırılması planlarına etiraz edirdilər. Ölkənin Baş prokurorluğu bildirib ki, Nukus şəhərində iğtişaşlar zamanı  18 nəfər ölüb,  500-dən çox  şəxsi hüquq-mühafizə orqanları saxlayıb. zbəkistan Milli Qvardiyası bildirir ki, saxlananların çoxu artıq sərbəst buraxılıb.
240 nəfərin xəsarət aldığı, onlardan 90-nın xəstəxanaya aparıldığı bildirilib. Özbəkistan prezidenti Şavkat Mirziyoyev iyulun 2-də deyib ki, Konstitusiyanın yeni mətnində Qaraqalpaqıstanın suverenliyi və Özbəkistanın tərkibindən çıxmaq hüququna dair müddəalar saxlanacaq. Prezident Mirziyoyev iyulun 3-dən avqustun 2-dək Qaraqalpaqıstanda fövqəladə vəziyyət rejimi tətbiq edib.
 
Qaraqalpaqıstan Özbəkistanın şimal-qərbində yerləşir. Paytaxtı Nukusun ümumi sahəsi 166,600 kvadrat kilometrdir. Bu Özbəkistan ərazisinin üçdə biri qədərdir. Qaraqalpaqıstan torpaqları cənub-şərqdə Özbəkistan, cənubda Türkmənistan, qərb, şimal və şərqdə Qazaxıstanla əhatə olunub. Qaraqalpaqıstan avtonom respublika kimi 1925-ci ildə SSRİ-nin tərkibində yaradılıb. Daha sonra Qazaxıstanın tərkibinə verilib. 1936-cı ildə isə Özbəkistanın tərkibinə verilib. Digər muxtar respublikalardan fərqli olaraq, Qaraqalpaqıstana istənilən vaxt müstəqil olmaq hüququ verilib.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox