• $
  • £

Bank Respublika və Sabah FK əməkdaşlıq haqda yeni müqavilə imzalayıb

Bank Respublika və Sabah FK əməkdaşlıq haqda yeni müqavilə imzalayıb
07.07.2022 17:01
 Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika” ilə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sabah” Futbol Klubu (FK) sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə bağlayıb. Müqaviləni "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və "Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov imzalayıb.

Müqaviləyə əsasən, "Sabah” FK Azərbaycan Premyer Liqasının və ölkə kubokunun 2022/2023-cü illər mövsümündə keçirdiyi bütün oyunlarda "Bank Respublika"ya məxsus əmtəə nişanları olan formalarda çıxış edəcək.

Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion "Bank Respubika Arena” adlanmağa davam edəcək. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq. Xatırladaq ki, "Bank Respublika" Açıq Səhmdar Cəmiyyəti ilə "Sabah" FK arasında əməkdaşlıq 2018-ci ildən davam edir.  

"Bank Respublika” olaraq, artıq 5-ci mövsümdür Azərbaycan Premyer Liqasında çıxış edəcək "Sabah" FK-ya dəstək verməkdən böyük məmnuniyyət hissi duyuruq. Əminik ki, "Sabah" növbəti mövsümdə öz baxımlı oyunu ilə seçiləcək və qarşısına qoyduğu hədəflərə çata biləcək. Bu isə, milli futbolumuzun, eyni zamanda ölkə idmanımızın inkişafı deməkdir. Komandamızın oyunlarını keçirdiyi müasir standartlara malik "Bank Respublika Arena” isə nəinki yerli, həm də beynəlxalq futbol turnirlərinə ev sahibliyi edəcək”, deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.

"Futbol klublarının inkişafında, onların qarşıya qoyduqları hədəflərə çatmasında sponsorların dəstəyinin böyük əhəmiyyəti vardır. "Sabah” Futbol Klubu artıq 4 ildir ki, "Bank Respublika” ilə əməkdaşlıq edir. Bu müddətdə birlikdə bir sıra layihələr həyata keçirmişik. Bu gün əməkdaşlıq müqaviləsinin müddətini daha bir il uzadırıq. Biz "Sabah” FK olaraq ölkənin qabaqcıl bankarından olan "Bank Respublika” ilə əməkdaşlıqdan tam məmnunuq. İnanıram ki, bu əməkdaşlıq hər iki qurum üçün faydalı və uğurlu olmaqla yanaşı, "Sabah”ın timsalında ölkə futbolunun inkişafına öz töhfəsini verəcək" deyə Sabah FK-nın Prezidenti Maqsud Adıgözəlov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 14:20
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
İqtisadiyyat 13:38
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
İqtisadiyyat 17:32
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
Unibank Şirvanda yeni filialını açıb
İqtisadiyyat 16:27
Unibank Şirvanda yeni filialını açıb
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
İqtisadiyyat 15:25
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox