Razi Nurullayev Prezidentə yazdığı təbrikdən danışdı - Mexaniki olaraq səhv yazılıb
Razi Nurullayev Prezident İlham Əliyevin Qurban bayramı ilə bağlı "Facebook” sosial şəbəkəsindəki paylaşımına təbrik yazıb. O, yanlışlıqla Qurban bayramı əvəzinə, Ramazan bayramını qeyd edib. Səhvi ilə bağlı Pravda.az-a danışan deputat deyib ki, qızdırmalı və xəstə olduğu üçün mexaniki səhv edib, sonra isə düzəliş edib.
"Xəstəyəm, qızdırma içindəyəm, ola bilsin, mexaniki olaraq səhv yazmışam (Prezident İlham Əliyevə "Facebook” sosial şəbəkəsində yazdığı təbriki nəzərdə tutur – red), amma sonradan düzəltmişəm. Təbrik mətnini yazanda 39 dərəcə qızdırma içindəydim. Bu, sadəcə, mexaniki yalnışlıqdır. Bayram bayramdır, əsas odur ki, Cənab Prezidenti təbrik etmişəm”, - o söyləyib.

www.anews.az

Millət vəkilinin bu yanlışı sosial şəbəkələrdə gülüş ilə qarşılanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər