• $
  • £

Yem sənayesinə vergi güzəştlərinin ölkəyə təsirini açıqlayıb

Yem sənayesinə vergi güzəştlərinin ölkəyə təsirini açıqlayıb
11.07.2022 11:46
Azərbaycanda yem sənayesi bütün dəyər zənciri boyunca əlavə dəyər vergisindən azad edilməsi ölkədə istehsal edilən yem məhsullarının maya dəyərinin azalmasına, daxili bazarda yem məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə səbəb olacaq. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldar Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyul tarixli fərmanına əsasən 60-dan çox məhsulun və xammalın ƏDV-dən azad edilməsi ilə bağlı siyahısı təsdiq edilib: "Həmin siyahıda 25-ə yaxın xammal məhz kənd təsərrüfatı sahəsini əhatə edir. Bu isə birbaşa heyvandarlıq sektoru ilə bağlıdır", - o deyib.

Nazirlik rəsmisi vurğulayıb ki, heyvandarlıq sektorunun inkişafında əsas seqmentlərdən biri yem və yem bazasının təşkil edir.
 
"Genetik potensiallı heyvanların yetişdirilməsində düzgün yem rasionu istifadə edilmədiyi halda istənilən nəticəni və məhsuldarlığı almaq qeyri-mümkündür. Azərbaycanda soya, günəbaxan istehsal edilsə belə biz məhz idxaldan aslıyıq", - o vurğulayıb.

Həsənov bildirib ki, ölkənin 1,5 milyon ton qüvvəli yemə ehtiyacı var.
 
"Azərbaycanda 4 milyon 272 mindən çox heyvan var. Bunların yemlənməsində qeyd edilən siyahı üzrə komponentlərin xüsusi əhəmiyyəti var. Aparılmış tədqiqatlar göstərir ki, ölkənin 200 min tona yaxın soyaya ehtiyacı vardır ki, onun da 150 min tonu quşçuluq sənayesinin payına düşür. Ölkəmiz üzrə həm iri südçülük təsərrüfatlarında, həm də quşçuluq təsərrüfatlarında dünya bazarında qeyd edilən məhsulların qiymətinin artması ilə bərabər daxili bazarda da 77 %-ə qədər müvafiq qiymətlərdə dəyişikliklər olub. Soyanın idxal dəyəri bazarda 3-4 dəfə, təqribən 300-400 manatdan 1 200 manata çatıb. Geosiyasi vəziyyətlə əlaqədar olaraq bir sıra yem məhsullarının idxalı ilə bağlı müəyyən çətinliklər yaranıb. Ümumiyyətlə, bu siyahı üzrə 18 % ƏDV-nin götürülməsi həm sənaye yönümlü emal müəssisələrində, həm də bəzi təsərrüfatlarının özlərinin daxilində balanslaşdırılmış yem istehsalında maya dəyərinin aşağı düşməsində və dəyər zəncirdə öz rolunu göstərəcək”, - o söyləyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 17:01
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Cəmiyyət 16:46
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 15:55
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Putin Trampla danışıq planlaşdırmır, Yaxın Şərqdəki gərginlik müzakirə olunub
Cəmiyyət 14:32
Putin Trampla danışıq planlaşdırmır, Yaxın Şərqdəki gərginlik müzakirə olunub
Azərbaycan və Rusiya prokurorluğu arasında əməkdaşlıq müzakirə olunub
Cəmiyyət 14:27
Azərbaycan və Rusiya prokurorluğu arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Pakistanın XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Cəmiyyət 14:24
Azərbaycan və Pakistanın XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Sabah çiskin olacaq
Cəmiyyət 12:57
Sabah çiskin olacaq
Mərkəzi Bank AniPay mobil tətbiqi və saytının fəaliyyətini dayandırıb
Cəmiyyət 12:55
Mərkəzi Bank AniPay mobil tətbiqi və saytının fəaliyyətini dayandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox