Qaraqalpaqda fövqəladə vəziyyət yumşaldılır
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqda fövqəladə vəziyyətin yumşaldılması barədə fərman imzalayıb. Bu barədə TASS informasiya agentliyinə Prezidentin mətbuat xidmətindən bildirilib.
Ölkədə baş verən iğtişaşlarla əlaqədar olaraq Şavkat Mirziyoyev iyulun 3-də ölkədə fövqəladə vəziyyətin tətbiqi ilə bağlı fərman imzalayıb.
Fövqəladə vəziyyət avqustun 2-dək davam edəcək.
Etirazların səbəbi kimi konstitusiyanın yanlış şərh edilməsi göstərilirdi.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər