Jurnalistika fakültəsinin müəllimi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Ayaz Musayev vəfat edib. Bu barədə universitetdən məlumat verilib.
75 yaşlı BDU müəllimi onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Musayev 1947-ci ildə Bakıda doğulub. 1970 - ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun teatrşünaslıq ixtisası üzrə bitirib. 1982-1985-ci illərdə Moskva Poliqrafiya İnsitutunda redaktor ixtisası üzrə ikinci ali təhsil alıb. 2004-cü ildən BDU-da çalışırdı.
Ləman Qasımova
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 