• $
  • £

Şamaxıda yeniyetmələrin boğulduğu qanunsuz çimərlik kimə məxsusdur? - Video

Şamaxıda yeniyetmələrin boğulduğu qanunsuz çimərlik kimə məxsusdur? - Video
21.07.2022 14:46
Dünən Şamaxıda üç yeniyetmə oğlan süni göldə boğulub. Onlardan ikisi həyatını itirib, birini isə həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub.

Belə ki, Əngəxaran kənd sakinləri, 16 yaşlı Ağaqardaş Rəhimov və 14 yaşlı Rəvan Mirzəyev Qızmeydan kəndi ərazisində yaradılmış süni göldə çimərkən boğularaq ölüblər.

Yeniyetmələrin boğulduğu süni göllə bağlı bəzi məlumatlar əldə edilib.

Məlum olub ki, həmin göl Şamaxının Çuxuryurd kəndi ilə Qızmeydan kəndi arasından keçən Pirsaat çayının yatağında iki həftə əvvəl yaradılıb. Gölün çimərlik məqsədilə istifadə olunmasına başlanılıb və giriş üçün adambaşı əvvəlcə 10 manat təyin olunsa da, sonradan qiymət 5 manata salınıb. Çimərlik ərazisinə giriş-çıxış şlaqbaumları qoyulsa da, bütün ərazidə xidmət kustar üsullarla həyata keçirilir.

Oradan turistlər və ətraf kəndlərin sakinləri çimərlik kimi istifadə etməyə başlayıblar. Lakin ərazidə təhlükəsizliyə riayət olunması, xilasetmə avadanlığı və xilasedicilərlə bağlı heç bir tədbir görülməyib. Təxminən 100 metr diametrdə yaradılan çimərliyin dərinliyi 1,5-1,8 metr təşkil edir.

Sözügedən gölə Pirsaat çayının istiqaməti dəyişdirilərək axın təşkil olunur. Çayın kənarında qazılmış arxla su gölə axıdılır. Digər tərəfindən isə çıxış yaradılaraq ərazidə yaradılan başqa göllərə axın təmin olunur.

Məlumat üçün bildirək ki, həmin ərazidə çınqıl-şebel istehsal edən böyük bir zavod da fəaliyyət göstərir. Çimərliklə yanaşı, ərazidə insanların balıq ovu ilə məşğul olması üçün süni şəkildə bir neçə balıq gölü də yaradılıb. Hazırda həmin göllərdə istirahət qurğularının tikintisi aparılır.

Baş vermiş hadisə və yaranmış vəziyyətlə bağlı artıq Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.

Məsələ ilə bağlı  bir neçə dövlət qurumuna da sorğu ünvanlanıb.

Şamaxı Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən gölün yaradılması ilə bağlı İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb: "Həmin gölün sahibkar Sərxan Osmanova məxsus olduğu aşkar edilib. Gölün yaradılması zamanı İcra Hakimiyyətindən icazə alınmayıb. Göl karxana ərazisində qanunsuz fəaliyyət göstərib".


Sözügedən ərazidəki göllər və zavodun SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılova məxsus olması ilə bağlı da məlumatlar var. Sərxan Osmanovun isə orada icraçı olduğu bildirilir.

Göldə boğulan yeniyetmələr bu gün dəfn olunub.(Qafqazinfo)
 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 17:01
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Cəmiyyət 16:46
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 15:55
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Putin Trampla danışıq planlaşdırmır, Yaxın Şərqdəki gərginlik müzakirə olunub
Cəmiyyət 14:32
Putin Trampla danışıq planlaşdırmır, Yaxın Şərqdəki gərginlik müzakirə olunub
Azərbaycan və Rusiya prokurorluğu arasında əməkdaşlıq müzakirə olunub
Cəmiyyət 14:27
Azərbaycan və Rusiya prokurorluğu arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Pakistanın XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Cəmiyyət 14:24
Azərbaycan və Pakistanın XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Sabah çiskin olacaq
Cəmiyyət 12:57
Sabah çiskin olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox