Türkiyənin vitse prezidenti ikinci dəfə evləndi
Türkiyənin vitse-prezidenti Fuat Oktay ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Hümeyra Şahinlə ailə həyatı qurub.Bu barədə Hürriyet xəbər verir.
Nigahda şahid qismində prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanra çıxış edib. Nigah mərasimi İstanbulda baş tutub.
58 yaşlı Fuat Oktay və 46 yaşlı Hümeyra Şahin ötən həftə nişanlandıqlarını bəyan etmişdilər. Fuat Oktay ilk həyat yoldaşından 2011-ci ildə boşanıb və onun bu evlilikdən 3 övladı var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər