• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

Zəngilana köçün birinci mərhələsi başa çatdı

Zəngilana köçün birinci mərhələsi başa çatdı
25.07.2022 09:31
Zəngilan rayonunda "ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb.

İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı yola salınıb.

Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 10 ailə - 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Ümumilikdə "Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olunub.
Ağalıda məskunlaşacaq sakinlər yüksək keyfiyyətli, "ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək.

Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Yeni Ağalı kəndinə dörd mərhələdə 41 ailə köçürülüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirdən yeni tədris ili ilə bağlı- Əmr
Cəmiyyət 11:27
Nazirdən yeni tədris ili ilə bağlı- Əmr
Abşeronda boya zavodunda yanğın
Cəmiyyət 11:11
Abşeronda boya zavodunda yanğın
Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
Cəmiyyət 10:50
Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
Kəlbəcərdə yaşayış kompleksində476 mənzilin inşası planlaşdırılıb
Cəmiyyət 10:39
Kəlbəcərdə yaşayış kompleksində476 mənzilin inşası planlaşdırılıb
Laçına indiyədək köçürülən şəxslərin sayı açıqlanıb
Cəmiyyət 10:31
Laçına indiyədək köçürülən şəxslərin sayı açıqlanıb
Ağdamın Xıdırlı kəndinə 68 ailə köçürülüb
Cəmiyyət 10:06
Ağdamın Xıdırlı kəndinə 68 ailə köçürülüb

Yol polisi piyadalara çağırış edib
Cəmiyyət 09:55
Yol polisi piyadalara çağırış edib


İlin altı ayında 28 nəfər professor adı qazanıb
Cəmiyyət 09:34
İlin altı ayında 28 nəfər professor adı qazanıb
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Cəmiyyət 22:55
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol