Prezident icra başçısı təyin etdiyi Elvin Paşayev kimdir? - Dosye
Bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
1982-ci ildə anadan olan Elvin Paşayev 2000-2004-cü illərdə Bakı Dövlət universitetində bakalavr, 2005-2007-ci ildə magistr təhsili alıb. 2007-2009-cu illərdə Dövlət İqtisad Universitetində oxuyaraq təkrar magistr dərıcəsi alıb. Daha sonra- 2021-2022-ci illərdə Lund Universitetində təhsilini davam etdirib.
Elvin Paşayev bu vəzifəyə kimi Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini və İnsan resursları şöbəsinin müdiri olub.
Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı olan E.Paşayev daha əvvəl Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı E. Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərinən biridir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər