• $ 1.7
  • € 1.9947
  • ₽ 0.02092
  • ₺ 0.0395
  • £ 2.3043

"Barselona"da nələr olacaq: əfsanə tarixə çevirilir?

"Barselona"da nələr olacaq: əfsanə tarixə çevirilir?
19.04.2014 10:51

İspaniya "Kral Kuboku"nda və Çempionlar Liqasında uğursuz çıxış edən. La Liqada çempionluq şansını azaldan "Barselona" böyük dəyişikliklərə hazırlaşır. Fanat.az xəbər verir ki, FIFA ilə problemini həll etməyə çalışan Kataloniya klubu istəyinə çatsa, gəncləşdirmə siyasətinə gedəcək.Belə ki, ali futbol qurumu "Barselona"ya iki transfer dönəmində heyətinə futbolçu qatmağı qadağan edib. İndi klub prezidenti Josep Maria Bartomeu bu qadağanın qaldırılmasına çalışır. Bu baş versə, transferlərə 100 milyon avro pul ayrılacaq.İlk olaraq gözlənilən nəticələri qazana bilməyən baş məşqçi Cerardo Martino yola salınacaq. Həmçinin müqaviləsi başa çatan Viktor Valdes, Karles Puyol və Jose Pintoya yeni anlaşma təklif olunmayacaq. Onlarla yanaşı, Dani Alveş, Xavyer Maskerano, Aleksis Sançes, Pedro Rodriges və Kristian Telloya gələcək təklifləri dəyərləndirəcək klub rəhbərliyi bu futbolçuları yaxşı qiymət satmağa çalışacaq. Həmçinin gənc futbolçular - İbrahim Afellay, İsaak Kuenka və Conatan Dos Santosa özlərinə klub tapmaq tapşırılacaq. Klub rəhbərliyi qapı, müdafiə və hücum xəttlərinə yeni oyunçular cəlb etməyi planlaşdırır. Qapı xəttinə əsas namizəd Münhenqladbax "Borussiya"sından Mark-Andre Ter Stegen hesab olunur. "Barselona" Dortmund "Borussiya"sından Marko Reusla hücumu gücləndirmək niyyətindədi. Bu mövqe üçün "Selta"ya icarəyə verilən Rafael Alkantara və "Everton"da icarə əsasında çıxış edən Cerard Deulofeunun da geri qaytalırması nəzərdə tutulub. Müdafiə xəttinin mərkəzinə isə gənc və istedadlı futbolçulardan biri transfer olunacaq.Baş məşqçi məsələsinə gəlincə, hazırda bu posta 5 namizəd var. Onlardan biri "Borussiya"ya başçılıq edən Yurgen Kloppdu. İflasın bir addımlığında olan Dortmund təmsilçisini Avropanın ən güclü klublarından birinə çevirən alman mütəxəssis "Barselona" rəhbərliyinin hədəfindəki əsas isim hesab olunur.Siyahının ikinci pilləsində Ernesto Valverde dayanır. "Malyorka"nın 50 yaşlı baş məşqçisinini əsas üstünlüyü hücum futbolu oynatmasıdı ki, bu da "Barselona"nın siyasətinə uyğun gəlir. Əvvəllər "Barselona"nın B komandasını çalışdırmış Luis Enrike də namizədlər arasındadı. O, Pep Qvardiolanın gedişindən sonra da baş məşqçi postuna namizəd hesab olunurdu.Kataloniya klubunun siyahısındakı digər isim Frank De Burdu. Hər zaman hollandlara yaxınlığı ilə seçilən "Barsa"nın bu namizədi seçməsi də mümkündü. Hələlik son namizəd isə Pako Xemez hesab olunur. "Rayo Vallekano"nun baş məşqçisi siyahıdakı "Barselona"lı olmayan yeganə namizəddi.ANNET.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
İdman 23:33
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol