ABB Tech Akademiyası layihəsi başa çatıb

ABB-nin təşəbbüsü ilə həyata keçirilən bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - "SOCAR”, "TPAO”, "LUKOİL”, "NİCO”, "MOL”, "Equinor”, "SGC”, "İNPEX”, "ExxonMobil”, "İTOCHU”, "TotalEnergies”, "Eni”, "ONGCVidesh” - 2020-ci ildə qoşulduqları ABB Tech Akademiyası layihəsi başa çatıb, bu barədə bp-dən məlumat verilib.
Layihə çərçivəsində iqtisadiyyatın müxtəlif sektorlarından ümumilikdə 208 nəfərə təlim verilməklə onların informasiya texnologiyaları (İT) sahəsindəki səriştələri, ümumi texnoloji bilik və bacarıqları inkişaf etdirilib. 150 nəfərinin təlimi bp və onun tərəfdaşları və ABB tərəfindən birgə maliyyələşdirilib.
Bu müddəti ərzində 50-dən çox yerli və beynəlxalq təşkilatı, o cümlədən ABB-ni və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC və s. kimi müxtəlif universitetləri təmsil edən iştirakçıları əhatə edib.
Layihənin məqsədi innovativ düşünəcək, gələcəyin texnologiyalarına doğru səyləri istiqamətləndirəcək və texnoloji sıçrayışlara töhfə verəcək yeni nəsil mütəxəssislər yetişdirməklə yerli İT bazarının inkişafına dəstək vermək olub.
bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, bp və tərəfdaşlarının Azərbaycanda ümumi potensialın gücləndirilməsinə dəstək vermək öhdəliyinə tam uyğun gəlir.
"Bu layihə bizim ən çox sevdiyimiz layihələrdən biridir. Layihə həmçinin bp-nin öz rəqəmsal transformasiya səylərinə də uyğundur. bp-də "xalis sıfır” emissiya məqsədlərimizə nail olmaq və inteqrasiyalı enerji şirkətinə çevrilmək üçün gördüyümüz hər bir işin əsasını innovasiya və rəqəmsal həllər təşkil edir. Biz ABB-yə bu möhtəşəm təşəbbüsə qoşulmaq üçün imkan yaratdığına görə təşəkkür etmək istəyirik və inanırıq ki, bu təşəbbüs ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün göstərdiyi səyləri dəstəkləyən yüksək ixtisaslı rəqəmsal texnologiya mütəxəssislərinə olan tələbatı ödəməyə kömək edəcək”, - Aslanbəyli bildirib.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun sözlərinə görə isə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına görə bank daima dəstək göstərir.
"Ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstəyimizlə cəmiyyətimizin inkişafına töhfə verməyə çalışırıq və korporativ dəyərlərimizə sadiqlik göstəririk. ABB Tech Akademiyası ABB-nin hər zaman qürur duyacağı layihələrdən olacaq. Çünki bu Akademiya yüzlərlə Azərbaycan gəncinin uğur yolunun başlanğıcına çevrilib. Sürətlə rəqəmsallaşan biznesin ehtiyacları üçün burada peşəkar kadrlar yetişdirilərək əmək bazarına təqdim olunur. Tərəfdaşlarımızla birgə burada təhsil imkanlarını bütün istedadlı gənclərimiz üçün əlçatan edirik. İştirakları ilə bu layihəyə xüsusi dəyər qatdıqlarına görə bp və tərəfdaşlarına minnətdarlığımızı bildirirəm”, - bankın idarə heyətinin sədri vurğulayıb.
ABB Tech Akademiyası İT peşəkarlarının təlim mərkəzi olan «DAN IT education» tərəfindən hazırlanmış metodologiyaya əsaslanır və kodlaşdırmanın əsas sahələrini əhatə edən intensiv təlim proqramları təqdim edir. Təhsil proqramı İsrailin İT mütəxəssisləri üçün təlim metodu (Telem) əsasında hazırlanıb.
bp və tərəfdaşlarının iştirak etdiyi layihənin ümumi dəyəri 400 000 AZN (235 300 ABŞ dolları) təşkil edir. Bu məbləğin 200 000 AZN-i bp və tərəfdaşları tərəfindən təmin olunub və qalan 200 000 AZN isə ABB tərəfindən maliyyələşdirilib.
bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub.
Azərbaycanda bp şirkətində təxminən 2250 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.
ABB 1992-ci ilin 10 yanvarında fəaliyyətə başlayıb və hazırda aktivlərinin həcminə, müştəri bazasına, beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən filial və şöbələri ilə Bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 18000-ə yaxın, fiziki şəxslərin sayı isə 3 milyondan çoxdur. Bankda 3000-dən çox işçi çalışır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 