Nadir Adilov Mediası Şurasının fəaliyyətindən danışdı
2022-ci ildə Ədliyyə Akademiyası tərəfindən ödənişli əsaslarla 3 təlim, ixtisaslaşmış ailə mediasiyası təlimlərinə 7 qrup olmaqla, 102 nəfər mediator cəlb edilib. Bu barədə Şuranın İdarə Heyətinun sədri Nadir Adilov "Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda maarifləndirici ictimai müzakirədə bildirib.
Adilov deyib ki, onlardan 100 nəfər müvafiq Sertifikata layiq görülmüşdür.
www.anews.az
Adilov deyib ki, onlardan 100 nəfər müvafiq Sertifikata layiq görülmüşdür.
"Ədliyyə Akademiyası tərəfindən, 2 təlim ödənişli əsaslarla, 6 qrup olmaqla, 87 nəfər, ixtisaslaşmış əmək mediasiyası təlimlərinə cəlb edilmiş, onlardan, 86 nəfəri əmək mediatoru Sertifikatına layiq görülüb. 22 iyulda keçirilən yekun imtahanda ixisaslaşmış ailə və əmək mediasiyası təlimlərinə cəlb edilmiş 26 nəfər mediator imtahanı uğurlu başa vuraraq müvafiq sahədə mediator kimi fəaliyyət göstərmək hüququ qazanıb", - Adilov söyləyib.
Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 12 fevral 2020-ci ildə yaradılıb. İşçi qrup bu məqsədlə Avropa İttifaqı tərəfindən cəlb edilmiş ekspert tərəfindən koordinasiya edilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən təşkil olunub.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər