PFL-ə yeni prezident seçilib
AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) konfransı keçirilib. Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib. Bu barədə qurumun rəsmi saytı yazıb.
Konfransda PFL eks-prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və elitanın 9 klubunun nümayəndələri iştirak ediblər.
Avrokubok oyunlarına görə səfərdə olduqlarından "Zirə” klubunun nümayəndəsi iclasda olmayıb. Konfransda PFL prezidenti Ramin Musayevin səhhəti ilə əlaqədar vəzifəsindən ayrılması məsələsinə baxılıb və qəbul edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər