PFL-in yeni prezidentinin əvvəlki VƏZİFƏLƏRİ
İyulun 29-da Elxan Səmədov Peşəkar Futbol Liqasının yeni prezidenti seçilib.
Anews.az saytı Elxan Səmədovun dosyesini təqdim edir:
Elxan Səmədov 1974-cü ildə Bakıda anadan olub. 134 nömrəli orta məktəbi bitirib. 1990-cı ildə Azərbaycan Xarici Dillər Universitetinə daxil olub.
Kamilla Səmədova adlı xanımla ailəlidir. Bir övladı var.
Azərbaycan, rus, ingilis və türk dillərini bilir.
O, 1980-1990-cı illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə təhsil alıb.
1990-1995-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetində təhsil alıb.
1995-1999-cu illərdə Azərbaycan Dövlət Dillər Universitetində aspirantura təhsili alıb.
2001-ci ildə İtaliyanın Turin şəhərində "International Labor Organization & Training Center”da təhsil alıb.
2006-cı ildə Filologiya elmləri namizədi dərəcəsinə yiyələnib.
2007-ci ildə Vaşinqton şəhərində "Georgetown University” "International Law Institute”da təhsil alıb.
1993-1999-cu illərdə "Pennzoil Caspian Corporation” və "Caspian International Petroleum Company” (CIPCO neft konsorsiumu) şirkətlərində işləyib.
1999-2001-ci illərdə Təhsil Nazirliyində, Dünya Bankının Layihə İdarəetmə Qrupunda Təchizat şöbəsinin rəhbəri işləyib.
2001-2009-cu illərdə "Karasu Operating Company” və "Absheron Operating Company” şirkətlərində işləyib.
Səmədov 2007-ci ildən AFFA-da çalışıb. O, Murad Məmmədovun Hakimlər Komitəsinə sədrlik etdiyi dönəmdə komitənin üzvlərindən biri olub.
2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa Oyunlarında təchizat direktoru olub.
Elxan Səmədov bu vəzifəyə qədər VAR (videoköməkçi hakim) layihə rəhbəri olub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər