Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub - 53 nəfər ölüb

Ukraynanın Donetsk vilayətinin Olenivka qəsəbəsində ukraynalı əsirlərin saxlanıldığ həbsxananın atəşə tutulması nəticəsində azı 53 nəfər həlak olub, 75 nəfər yaralanıb. Rusiya tərəfi bu hadisədə Ukraynanı ittiham edir, həmçinin ölənlər arasında azovçuların da olduğunu gizlətmir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hadisədə xeyli sayda əsrin ölməsi ilə bağlı bəyanat yayıb.
"Rusiya Federasiyasının Silahlı Qüvvələri Donetsk vilayətinin Olenivka yaşayış məntəqəsində ukraynalı məhbusların saxlandığı islah müəssisəsini məqsədyönlü şəkildə artilleriya atəşinə tutub. Beləliklə, Rusiya işğalçıları öz cinayətkar əməllərini - Ukraynanı "müharibə cinayətləri” törətməkdə ittiham etmək, habelə Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərdə işğalçı administrasiyanın və komandanlığının göstərişi ilə orada məhbuslara verilən işgəncələri və edamları gizlətmək məqsədi güdürdülər. Hücumların nəticələri dəqiqləşdirilir. Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Raket və Artilleriya Qoşunları komandirinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Olenivka qəsəbəsi ərazisinə raket və artilleriya zərbələri endirməyib.
Ukrayna Silahlı Qüvvələrinin raket qoşunları və artilleriyası tərəfdaş ölkələrdən alınan yüksəkdəqiqlikli silahlar sayəsində yalnız Rusiya hərbi obyektlərinə müstəsna dəqiqliklə zərbələr endirir. Ukrayna Silahlı Qüvvələri prinsiplərə ciddi əməl edir və beynəlxalq humanitar hüquq normalarına tam şəkildə riayət edir, mülki infrastruktur obyektlərini, xüsusən də hərbi əsir yoldaşlarının saxlanıla biləcəyi yerləri heç vaxt atəşə tutmayıb və atəşə tutmur", - Qərargahdan deyilib.

Eyni zamanda Ukraynanın "Azov” alayının eks-komandiri Andriy Biletski həmin həbsxanada əsir düşmüş azovçuların da olduğunu açıqlayıb.
"Rusiya "Azov”a qalib gələ bilmədi, ona görə də inamımızı sındırmaqla məhv etmək istəyir. "Azov” alayı adından mən qırğında iştirak edən hər kəs üçün ov elan edirəm. Vəzifəsindən və yaşayış yerindən asılı olmayaraq hər bir sıravi icraçı və hər bir təşkilatçı məsuliyyət daşıyır. Harada gizlənsəniz, tapılacaq və məhv ediləcəksiniz”, - o deyib.(report.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər