• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Deputatların maaşı 61%-dən çox artıb - Əvvəl və indi... - FOTO

Deputatların maaşı 61%-dən çox artıb - Əvvəl və indi... - FOTO
01.08.2022 11:37
Deputatların maaşı 61%-dən çox artıb, bunu ekspert Əkrəm Həsənov Bakupost saytına açıqlamasında deyib.

"Nəhayət ki, barəsində eşitdiyimiz, amma gizlin saxlanılan "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna dəyişiklik dərc olundu və üzünü gördük. Deputatların maaşının artırılması haqda hesablama apardım (səhv tutan, zəhmət olmasa, bildirsin), dərc edirəm. Qısa nəticə budur ki, bir neçə nəfər istisna olmaqla işləri-gücləri yalnız düymə basmaqdan və bəzən pafoslu çıxışlar etməkdən ibarət olan, hüquqdan və qanundan xəbəri olmayan, qanunvericilik təşəbbüsü ilə çıxış etməyən deputatlarımızın xalis rəsmi gəliri aşağıdakı kimi dəyişib:


1. Spiker 5789 əvəzinə 9001,5 manat alacaq;


2. Spikerin birinci müavini 5210,1 əvəzinə 8202,76 manat alacaq;


3. Spikerin müavini 4920,65 əvəzinə 7803,38 manat alacaq;


4. Komitə və komissiya sədri 4631,2 əvəzinə 7404 manat alacaq;


5. Komissiya sədrinin müavini 4341,75 əvəzinə 7003,07 manat alacaq;


6. Sıravi deputat 4052,3 əvəzinə 6537,13 manat alacaq.


Beləliklə, deputatın maaşı 61%-dən çox artıb!


Hələ Qanun layihəsini görmədən və barəsində yalnız mətbuatdan xəbər tutanda (xalq tərəfindən seçilmiş hesab edilən kəslər niyə qanun layihələrini ictimai müzakirəyə təqdim etmirlər?) status yazmışdım ki, artıma etiraz etmirəm, amma məmurların şəffaflığı barədə də deputatlar müvafiq qanunlar qəbul etsinlər. Nəinki etmədilər, heç olmasa bir deputat sadaladığım qanundan birini belə təklif etmədi…”, – o bildirib.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2025-ci ilin dövlət büdcəsi qəbul edilib
İqtisadiyyat 11:28
2025-ci ilin dövlət büdcəsi qəbul edilib
Milli Məclis AÇG ilə bağlı yeni sazişə İkinci Qoşmanı təsdiq edib
İqtisadiyyat 12:00
Milli Məclis AÇG ilə bağlı yeni sazişə İkinci Qoşmanı təsdiq edib
Parlament Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvlərini təsdiqləyib
İqtisadiyyat 12:43
Parlament Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvlərini təsdiqləyib
AÇG dəniz blokundan dərin qaz hasilatına gələn il başlanılacaq - Prezdient
İqtisadiyyat 13:48
AÇG dəniz blokundan dərin qaz hasilatına gələn il başlanılacaq - Prezdient
Yüklərin daşınması üçün 3 ölkə birgə razılığa gəliblər
İqtisadiyyat 17:39
Yüklərin daşınması üçün 3 ölkə birgə razılığa gəliblər
Ermənistanla komnukasiya qurmağa hazırıq - Əli Əsədov
İqtisadiyyat 16:37
Ermənistanla komnukasiya qurmağa hazırıq - Əli Əsədov
Prezident açılışda iştirak edib
İqtisadiyyat 13:24
Prezident açılışda iştirak edib
Prezident Fərman imzaladı
İqtisadiyyat 17:02
Prezident Fərman imzaladı
Məhsul həcminə görə Azərbaycan MDB-də ilk üçlükdədir - Deputat
İqtisadiyyat 14:14
Məhsul həcminə görə Azərbaycan MDB-də ilk üçlükdədir - Deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol