• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

Hafiz Hacıyev Jirinovskini sünnət eləməklə hədələdi

Hafiz Hacıyev Jirinovskini sünnət eləməklə hədələdi
18.04.2014 16:30
“Jirinovski başdanxarab, avara bir adamdır""Mənim onun haqqında əvvəllər də çıxışlarım olub. Rus telekanalları çıxışıma reaksiyalar verib, qardaş Türkiyə mətbuatında da müsahibələrimə yer ayrılıb. Bu adam türklərdən heyf almaq istəyir. Çünki 5-6 türkdən əmələ gəlib. Mən Moskvadakı nümayəndəmə - Asif müəllimə tapşırıq vermişəm. Ola bilsin ki, onun partiyasının qarşısında piket keçirək”.Bu sözləri “Yeni Müsavat”a prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev bildirib. O, Dövlət Duması sədrinin müavini, RLDP sədri Vladmir Jirinovskinin Azərbaycana yönəlik hədələrinə cavab verərkən qeyd etdi ki, gələn həftə bununla bağlı partiyası qərar qəbul edəcək: “Mən Jirinovskinin partiyasına zəng etdim. Onun nümayəndəsi Vasili İvanoviç kim olduğumu soruşdu. Dedim ki, partiya sədriyəm, prezidentliyə namizəd olmuşam. Nümayəndəsi söylədi ki, hazırda Jirinovski Dumadadır. Onun diqqətinə çatdırdım ki, Azərbaycanı hədələməyə son qoysun, bu işlərdən əl çəksin. Yoxsa biz onu elə sünnət edərik ki, ömürlük dərs olsun. Azərbaycan xalqını bu qədər təhqir etmək olmaz. Əgər ifadələrinə diqqət yetirməsə onunla bağlı tədbir görəcəyik. Gələn həftə müzakirə edib Jirinovskinin partiyası qarşısında piket keçirməyi diqqətdə saxlayacağıq”.Qeyd edək ki, Kreml başçısının “ölkənin 2 nömrəli siyasətçisi” adlandırdığı Vladmir Jirinovski növbəti dəfə postsovet məkanının suveren dövlətlərini hədələyən bəyanat verib. Bir daha separatçı bölgələrin, o cümlədən Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinin vacibliyindən və “üstünlükləri”ndən danışıb.Sitat: “Biz parlamentdə yüz dəfələrlə Dnestryanı bölgənin müstəqilliyini tanımağı tələb eləmişik. Çünki oranın bütün xalqı bölgənin suverenliyinə və ardınca Rusiyaya birləşməsinə səs verib. Eləcə də Dağlıq Qarabağ. Eləcə də Abxaziya və Cənubi Osetiya. Cənubi Osetiya və Abxaziya məsələsi artıq həll edilib. Krım - həll edilib. Dağlıq Qarabağ - az sonra... Siz istəyirsiniz ki, dövlət başçısı mətbuat konfransında mənim dediyimi desin? O vaxt bunu deyəcək ki, edəcək. Prezident qabağa danışmaz. Hətta Xruşşov da danışmayıb - mən Kubaya raket verəcəyəm deməyib. Heç vaxt. SSRİ-yə qayıtmaq istəyən bütün ərazilər SSRİ-yə qayıdacaq”.ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib
Siyasət 21:00
Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib
Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib - Yenilənib
Siyasət 19:39
Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib - Yenilənib
Azərbaycan Rusiyaya nota verib
Siyasət 18:25
Azərbaycan Rusiyaya nota verib
Prezidentdən bu milli parklarla bağlı - Fərman
Siyasət 18:14
Prezidentdən bu milli parklarla bağlı - Fərman
Milli Məclisin 10 fevral iclasında 12 qanun layihəsi müzakirəyə çıxarılır
Siyasət 10:11
Milli Məclisin 10 fevral iclasında 12 qanun layihəsi müzakirəyə çıxarılır
Prezidentin sosial media səhifələrində BƏƏ-yə işgüzar səfərindən video paylaşılıb
Siyasət 18:00
Prezidentin sosial media səhifələrində BƏƏ-yə işgüzar səfərindən video paylaşılıb
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Siyasət 17:14
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib
Siyasət 15:56
Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib
Araik Harutyunyan hökmdən narazıdır - ÖZƏL
Siyasət 15:33
Araik Harutyunyan hökmdən narazıdır - ÖZƏL
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol