• $
  • £

Vəkil dindarlar tərəfindən təhdid edilir - FOTO

Vəkil dindarlar tərəfindən təhdid edilir -  FOTO
05.08.2022 17:50
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Muradlı dindarlar tərəfindən təhdid edilir. Bu barədə vəkil anews.az-a açıqlamasında deyib. 

Onun sözlərinə görə, bu gün, avqustun 5-də öldürülmə, döyülmə kimi təhdidlərə məruz qalıb.

"Mən Vəkillər Kollegiyasının üzvüyəm. Buna görə də əlaqələrim hər kəsə açıqdır. Telefon nömrəmi də buna görə rahatlıqla tapıb zəng edirlər. Gün ərzində də dindarlar müxtəlif nömrələrdən yığaraq məni öldürmək ilə şantaj edirdi. Bəziləri isə döyəcəyini deyib", - o qeyd edib. 
 
Mehman Muradlı gün sonuna kimi məsələ barədə Daxili İşlər Nazirliyinə müraciət edəcəyini deyib. Vəkil bu gün dindarların Londondakı Azərbaycan səfirliyinə hücumu barədə müxtəlif paylaşımlar etmişdi. 
 
Cari il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin hücum olub.  Bir qrup dindar ərəbcə yazılan şüarlarla səfirliyin balkonuna çıxıb, Azərbaycan bayrağını yerə salıb, dini şüarlar səsləndirib. Hücum zamanı Azərbaycan Prezidenti İlham Əliyev və keçmiş prezident Heydər Əliyevin şəkilləri, eləcə də dövlət bayrağı tapdalanıb.  Məsələ sosial şəbəkə seqmentində geniş müzakirələrə səbəb olub. 
  
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinə görə, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabahın havası açıqlanıb
Cəmiyyət 13:02
Sabahın havası açıqlanıb
Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib - Hikmət Hacıyev
Cəmiyyət 12:18
Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib - Hikmət Hacıyev

Kəlbəcərin Zar kəndinə növbəti köç olacaq
Cəmiyyət 11:55
Kəlbəcərin Zar kəndinə növbəti köç olacaq
Güclü külək məktəb binasına zərər vurub
Cəmiyyət 11:51
Güclü külək məktəb binasına zərər vurub
Nizami Kino Mərkəzinin divarına qrafit çəkənlər saxlanılıb
Cəmiyyət 11:46
Nizami Kino Mərkəzinin divarına qrafit çəkənlər saxlanılıb
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
Cəmiyyət 11:37
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
Əli Əsədov qərar imzalayıb - Bu yol ödənişli olacaq
Cəmiyyət 11:21
Əli Əsədov qərar imzalayıb - Bu yol ödənişli olacaq

Səfərbərlik Xidməti 34 əməkdaşıilə bağlı Baş Prokurorluğa müraciət edib
Cəmiyyət 11:05
Səfərbərlik Xidməti 34 əməkdaşıilə bağlı Baş Prokurorluğa müraciət edib
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək
Cəmiyyət 10:47
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol