• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bu gün Azərbaycanda Aşura günüdür - FOTO/VİDEO

Bu gün Azərbaycanda Aşura günüdür - FOTO/VİDEO
08.08.2022 12:08
Bu gün, avqustun 8-də Azərbaycanda  Aşura günüdür.

Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur.

Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir.

Avqustun 8-də ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində qanvermə aksiyası keçirilib.

Bakıda Xəzər rayonundakı Mirmövsüm Ağa ziyarətgahı, Nəsimi rayonundakı Göy məscid (mərasim zalı), Nizami rayonundakı Şah Abbas məscidi, Səbail rayonundakı Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonundakı Qaraçuxur məscidi və Yasamal rayonundakı "Təzə Pir” məscidində qanvermə aksiyası olacaq.
Bölgələrdə isə Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində qanvermə aksiyası keçirilib.

QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırıb ki, "Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər.

Bildirilib ki, son günlər pandemiyanın artım tendensiyasını nəzərə alaraq Məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr görülən tədbirlər barədə hesabatlarını QMİ-yə təqdim etməlidirlər.

Məhərrəm ayında əzadarlıq mərasimləri İslam peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi İmam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər. Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda qürurverici hadisə kimi daxil olub. 

Avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir.
 




 

 Aytac Zeynalova
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün Azərbaycanda Aşura günüdür - FOTO/VİDEO
Cəmiyyət 12:08
Bu gün Azərbaycanda Aşura günüdür - FOTO/VİDEO
Əhməd Ağaoğlunun Şuşada ev muzeyi açılmalıdır - Kərim Kərimli ilə müsahibə- BİZİM QONAQ
Cəmiyyət 15:25
Əhməd Ağaoğlunun Şuşada ev muzeyi açılmalıdır - Kərim Kərimli ilə müsahibə- BİZİM QONAQ
Yay məktəblərində qiymətlər necə tənzimlənməlidir?- FOTO/ VIDEO
Cəmiyyət 18:41
Yay məktəblərində qiymətlər necə tənzimlənməlidir?- FOTO/ VIDEO
Mübariz Mənsimovun
Cəmiyyət 14:40
Mübariz Mənsimovun "General Polad Həşimov” gəmisi dənizdə - VİDEO
Arzuları nakam, yaddaşlarda isə əbədi qalan şəhid futbolçu - VİDEO
Cəmiyyət 22:06
Arzuları nakam, yaddaşlarda isə əbədi qalan şəhid futbolçu - VİDEO
Partiya sədri:
Cəmiyyət 09:51
Partiya sədri: "Prezidentlə görüşsəm deyərəm ki..." - MÜSAHİBƏ
Tehran Mənsimov anım günündə şəhidin ailəsinə zəng vurdu - VİDEO
Cəmiyyət 16:35
Tehran Mənsimov anım günündə şəhidin ailəsinə zəng vurdu - VİDEO
“Metro City” ticarət mərkəzi yanır - VİDEO + YENİLƏNİB
Cəmiyyət 10:47
“Metro City” ticarət mərkəzi yanır - VİDEO + YENİLƏNİB
Bakıda 25 nəfərin xəsarət aldığı qəzadan görüntü yayıldı - VİDEO
Cəmiyyət 10:15
Bakıda 25 nəfərin xəsarət aldığı qəzadan görüntü yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol