• $ 1.7
  • € 1.9797
  • ₽ 0.02111
  • ₺ 0.0415
  • £ 2.2869

Türkiyədə qəza - 16 ölü - VİDEO

Türkiyədə qəza - 16 ölü - VİDEO
20.08.2022 22:39
Türkiyənin Mardin vilayətinin Derik rayonunda ağır yol qəzası baş verib. Bu barədə Türkiyə KİV yazıb.

Əyləci partlayan qoşqulu yük maşını avtomobillərə çırpılıb və daha sonra yol kənarında olan insanların üzərindən keçib.

Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Yol qəzasında ölənlərin sayı 16 nəfərə çatıb. Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.

Onun sözlərinə görə, xəsarət alan 29 nəfərdən 8-nin vəziyyəti ağırdır.

"Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram. Xəsarət alnların müalicəsi üçün bütün vasitələr səfərbər edilib. Arzumuz Qaziantep və Mardində baş verən yol qəzalarına görə yeni ağrılar yaşamamaqdır", - o deyib. 
 

 
Bu gün Türkiyənin Qaziantep şəhərinin Nizip rayonunda da  avtomobil dərəyə aşıb. Qəza yerinə xilasedicilər, təcili yardım, polis əməkdaşları cəlb ediliblər. Yolda hərəkət dayandırılıb. Həmin vaxt uzaqdan gələn sərnişin avtobusu yolda dayanan təcili yardım, polis, xilasedici və "İhlas" Xəbər Agentliyinin canlı yayın maşınına çırpılıb. Hadisə nəticəsində 16 nəfər ölüb, 21 nəfər yaralanıb. Ölənlərdən 3-ü yanğınsöndürən, 2-si səhiyyə işçisi, 2-si jurnalistdir. Yaralılar xəstəxanalara çatdırılıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qəzzada ilk dəfə rəsmən aclıq elan edilib
Dünya 13:43
Qəzzada ilk dəfə rəsmən aclıq elan edilib
Apple bütün iPhone 17 modellərinin istehsalını Hindistana keçirib
Dünya 12:07
Apple bütün iPhone 17 modellərinin istehsalını Hindistana keçirib
Paşinyan Ter-Petrosyanın tənqidlərinə cavab verib
Dünya 11:39
Paşinyan Ter-Petrosyanın tənqidlərinə cavab verib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 23:47
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İsrail səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 22:32
İsrail səfiri Britaniya XİN-ə çağırılıb
Polşa XİN Rusiyaya etiraz notası göndərib
Dünya 19:10
Polşa XİN Rusiyaya etiraz notası göndərib
Ərdoğan və Makronun telefon danışığı olub
Dünya 16:06
Ərdoğan və Makronun telefon danışığı olub
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünya 15:36
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Paşinyan Azərbaycanla torpaq mübadiləsini istisna etmir
Dünya 14:06
Paşinyan Azərbaycanla torpaq mübadiləsini istisna etmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol