ABŞ-də üç polis şübhəlini döyərək öldürüb - VİDEO

Amerikanın Arkanzas ştatında üç polis məmuru kişini döyərək öldürüb. Bu barədə BBC məlumat yayıb.
ABŞ-də şübhəlinin yerə yıxıldığını və döyüldüyünü əks etdirən videonun ortaya çıxmasından sonra Arkanzas ştatının üç hüquq-mühafizə orqanı əməkdaşı işdən uzaqlaşdırılıb. Sözügedən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilərin əksəriyyəti tərəfindən hüquq-mühafizə orqanları tənqid edilib.
Crawford Count Şerif ofisinin forması geyinən iki polisdən biri adamın başına dəfələrlə yumruq vuraraq onun başını səkiyə çırpıb. Döyülən şəxs isə əlləri ilə başını tutaraq özünü qorumağa çalışıb.
Əyalət polisi həbs edilən şəxsin 27 yaşlı Randall Vorçesteri olduğunu müəyyən edib.
Randall Vorçesteri bazar günü səhər mağazalardan birində ətrafa təhdid çağırışları yaymaqda şübhəli bilinib.
"Şübhəli xəstəxanaya aparılıb və onun barədə terrora cəhd, polisə müqavimət göstərmək və digər ittihamlar irəli sürülüb”,- polis əlavə edib.
Sadiq Cavadov
www.anews.az
ABŞ-də şübhəlinin yerə yıxıldığını və döyüldüyünü əks etdirən videonun ortaya çıxmasından sonra Arkanzas ştatının üç hüquq-mühafizə orqanı əməkdaşı işdən uzaqlaşdırılıb. Sözügedən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilərin əksəriyyəti tərəfindən hüquq-mühafizə orqanları tənqid edilib.
Crawford Count Şerif ofisinin forması geyinən iki polisdən biri adamın başına dəfələrlə yumruq vuraraq onun başını səkiyə çırpıb. Döyülən şəxs isə əlləri ilə başını tutaraq özünü qorumağa çalışıb.
Videoda görünməyən, lakin hadisəyə şahidlik edən qadının "Onu döymə!”, "Onun dərmana ehtiyacı var!” səsləri eşidilir. Polislərdən biri ona təhqiredici cavab verib, digəri isə ona maşınına minməyi əmr edib.
Əyalət polisi həbs edilən şəxsin 27 yaşlı Randall Vorçesteri olduğunu müəyyən edib.
Randall Vorçesteri bazar günü səhər mağazalardan birində ətrafa təhdid çağırışları yaymaqda şübhəli bilinib.
"Polislər onunla üz-üzə gələndə onun bir millət vəkilini yerə yıxıb və başının arxasına yumruq vurub. Hadisə nəticəsində videoda görünən olay baş verib”, Arkanzas ştatının hüquq-mühafizə orqanlarının açıqlamasında qeyd olunub.
Bazar günü axşam, Krouford dairəsinin şerifi Cimmi Damante, Arkanzas ştatının polisi və onun ofisi baş verənlərlə bağlı ayrı-ayrılıqda araşdırma apararıb və həmin ərazilərdə seçilmiş 2 millət vəkilinin səlahiyyətlərinin dayandırılacağını söyləyib.
"Mən bütün əməkdaşlarımı əməllərinə görə məsuliyyətə cəlb edirəm və bu məsələdə müvafiq tədbirlər göörəcəyəm”,- Cimmi Damante deyib.
Arkanzas ştatının qubernatoru Asa Hatçinson bazar günü gecə Twitter-də bildirib ki, baş vermiş hadisə araşdırılacaq.
"Krouford qraflığında baş verən hadisə video sübutlara və prokurorun tələbinə əsasən araşdırılacaq”, - Asa Hatçinson deyib.
Sadiq Cavadov
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 