• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Zabuxu tərk edən erməni ailələrin son görüntüləri - FOTOLAR

Zabuxu tərk edən erməni ailələrin son görüntüləri - FOTOLAR
25.08.2022 12:42
Zabux və Laçında məskunlaşan ermənilərə oranı tərk etmək üçün verilən vaxt bu gün başa çatır. Ərazidə yaşayan son erməni ailələri artıq öz yükləri ilə birgə oranı tərk edir. Armenpress son erməni ailələrinin köç etməsi prosesini fotolarla lentə alıb.
 
Laçın rayonunun Zabux kəndindəki qanunsuz erməni icmasının rəhbəri Andranik Çavuşyan bildirib ki, 54 ailədən yalnız 7-si Qarabağda qalacaq, qalanları müxtəlif istiqamətlərdə Ermənistana köçəcək.
 
Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki,  tezliklə Zabux sakinləri yurdlarına qayıtmalıdır.

"Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlət QAÇQINKOM-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq", - Əliyev bildirib.
 
























Ləman Qasımova
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zabuxu tərk edən erməni ailələrin son görüntüləri - FOTOLAR
Siyasət 12:42
Zabuxu tərk edən erməni ailələrin son görüntüləri - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol