• $
  • £

İlham Əliyev AŞPA-dan tələb edir ki...

İlham Əliyev AŞPA-dan tələb edir ki...
28.05.2020 21:54
“Minlərlə Azərbaycan vətəndaşı həlak olub, bizə qarşı soyqırımı törədilib. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. Nə üçün qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik?” APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldır: “Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar, onlara qarşı sanksiyalar tətbiq edilsin. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəhbərləri”ni Qərb ölkələrində qanunsuz telemarafonlar keçirir, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəhbərləri”ni Qərbin aparıcı ölkələrində qəbul edirlər, vizalar verilir, onlar orada “nümayəndəliklər” açırlar, gedib-gəlirlər. Nə üçün? Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq”. Prezident İ.Əliyev bu qədər ədalətsizliyə dözməyin mümkün olmadığını vurğulayıb: “Nə üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! Biz bu məsələni dəfələrlə qaldırmışıq. Yadımdadır ki, hələ 2001-ci ildə mən Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi dəfələrlə bu məsələni qaldırmışam. Buna heç kim heç bir reaksiya vermir. Deyirlər, gedin razılaşın, danışın, sülh yolu ilə həll edin bunu. Bizə qarşı etnik təmizləmə aparılıb, soyqırımı törədilib. Azərbaycanlılar Dağlıq Qarabağdan qovulandan sonra orada dırnaqarası referendum keçirilib. Hesab edilir ki, bu məqbuldur. Buna dözmək mümkün deyil. Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Hesab edirəm ki, bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də riyakar siyasəti ifşa edəcək. Bizə qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq. O ki, qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil ki, bu gün dünyada əsas amil güc amilidir. Bu reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü artırmalıyıq”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Siyasət 21:16
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol