Aİ Ukraynaya daha 5 milyard avroluq yardım ayırıb
Avropa İttifaqı Şurası Ukraynaya daha 5 milyard avroluq yardım ayırıb. Bu barədə Ukraynanın Baş naziri Denis Şmiqal tviterdə yazıb.
O, dəstəyə görə Aİ ölkələrinə minnətdarlığını bildirib
"Sizin hər birinizin səsi bizim qələbəmizə mühüm töhfədir”, - o bildirib.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər