Ərbəin mərasimində 100-ə yaxın iranlı zəvvar həlak oldu
İraqda Ərbəin mərasimi zamanı 100-ə yaxın İran vətəndaşı həlak olub. Bu barədə məlumatı İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əs-Sadiq açıqlayıb.
O bildirib ki, bu il Kərbəla şəhərinə rekord sayda, yəni təqribən 3 milyon iranlı zəvvar gedib.
İraq rəhbərliyinin rəsmi məlumatına görə isə, bu il ölkədə Ərbəin mərasimində 21 milyondan çox insan iştirak edib.
Ərbəin günü (qırxıncı gün) dedikdə, şiəlikdə hicri təqvimilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının iyirminci günü nəzərdə tutulur. Bu gündə Kərbəlada şəhid olan Peyğəmbər (s.ə.s) nəvəsi İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər