İranda qadınların etiraz aksiyaları davam edir
Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərlərdə qadınlar baş örtüklərinə qarşıetiraz aksiyası keçirib Həmin aksiyalara ə kişilər də qoşulub. Bu barədə Uran KİV məlumat verib.
Polisin etirazçılara qarşı zor tətbiq etməsinə baxmayaraq aksiyaçıları dağıtmaq mümkün olmayıb. Kişavərz, Vəli Əsr, Kərim xan Zənd küçələrinə toplaşan sakinlər hökumət binalarına tərəf hərəkət edib.
Etirazlara səbəb sentyabrın 16-da 22 yaşlı Məsihə Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saat sonra xəstəxanada vəfat etməsi olub.
Artıq bir neçə gündür ki, İranın Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərində kütləvi aksiyalar keçirilir. Rəşt şəhərindəki aksiyada 22 nəfər həbs olunub. Digər şəhərlərdə də çox sayda aksiya iştirakçısı həbs edilib. Bəzi yerlərdə aksiyaçılara qarşı silah tətbiq edilib və polislə qarşıdurmada xəsarət alanların olduğu bildirilir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər