İrəvanda həlak olan hərbçilərin valideynləri saxlanılıb
Ermənistan polisi Yerablur hərbi panteonundakı memorial abidənin önünə hakimiyyət orqanları tərəfindən qoyulmuş bütün əklilləri çəmənliyə atan 37 etirazçını həbs edib. Bu barədə Ermənistan KİV məlumat yayıb.
Ölən əsgərlərin valideynlərinin vəkili Vaan Hovhannisyan jurnalistlərlə söhbətində bildirib ki, həbs zamanı polislər əsgər analarından birinin barmağını sındırıb, digərinin isə əlini yaralayıb. Onun sözlərinə görə, hazırda valideynlər polis bölməsindədirlər.
"Təcili yardım çağırılmasına baxmayaraq, xəsarət daha ağır olduğundan bu, kifayət etmə və təcili yardım çağırılıb", - vəkil bildirib.
Çərşənbə axşamı axşam saatlarında ölən əsgərlərin yaxınları baş nazir Nikol Paşinyanı ora buraxmamaq üçün bütün gecə panteonda növbətçilik etmək niyyətində olduqlarını bildiriblər.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər