Rusiya nə qədər itki verib? - AÇIQLAMA
Son sutkada Ukraynada Rusiya ordusunun 300 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 55 110-a çatıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 227 tank, 4 748 zirehli döyüş maşını, 1 340 artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 253 təyyarə, 217 helikopter, 932 PUA, 239 qanadlı raket, 15 gəmi, 3 610 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər