Ruslar ölkəni tərk edir - Bilet qiymətləri bahalaşdı - Bakıya 7000 manat
Rusiya Federasiyasının
prezident Vladimir
Putinin 300 min ehtiyatda olan hərbçinin dərhal səfərbərliyə çağırılması barədə əmrindən
sonra Rusiyada bir
istiqamətə satılan biletlərə tələbat kəskin artıb. Bu barədə Reuters agentliyi
məlumat yayııb.
Putinin səhər televiziya çıxışında verdiyi açıqlama bəzi döyüş yaşında olan kişilərin Rusiyanı tərk etməsinə icazə verilməyəcəyi ilə bağlı təlaş yaradıb.
Müdafiə naziri Sergey Şoyqu bildirib ki, hərbi xidmətə çağırış yalnız peşəkar hərbçi təcrübəsinə malik olanlara şamil ediləcək. Tələbələr və çağırışçı yaşında olanlar hərbi xidmətə cəlb edilməyəcək.
Google Trends bildiri ki, Rusiyanın aviabilet satışı üzrə ən məşhur satış saytı olan Aviasales-də axtarışların sayı kəskin artıb.
Aviasales-in məlumatına görə, bir gün ərzində Rusiya vətəndaşlarının vizasız getdiyi ölkələrə biletlərin sayı bir necə saat ərzində bitib. Ruslar əsasən Moskva-İstanbul və Moskva-Yerevan reyslərinə olan biletləri dərhal alıblar.
Moskva-Tbilisi reysinə tələbat da artıb. Rusiya paytaxtından Dubaya ən ucuz reyslərin qiyməti 300.000 rubldan (5 000 ABŞ dolları) artıqdır ki, bu da orta aylıq əmək haqqının təxminən 5 mislinə bərabərdir. (1 dollar = 60.9500 rubl).

"Moscow time” nəşrinin yazdığına görə isə ölkədən çıxış üçün aviabiletlərin qiyməti 90-250 min rubla (2527-7021 manat) qədər yüksəlib.
Belə ki, sentyabrın 22-də Türkiyənin paytaxtına birbaşa uçuşlar üçün biletin qiyməti 82-86 min rubldan (2303-2415 manat), köçürmələrlə isə 47 min rubldan (1320 manat) başlayır. Paytaxtdan İrəvana da yaxşı halda 86 min rubla getmək mümkündür. Bununla belə, "Aviasales” göstərir ki, cümə axşamı Ermənistan paytaxtına birbaşa uçuşlar yoxdur.
Tiflis və Bakıya aviareyslərin qiymətləri də kəskin bahalaşıb. Gürcüstana ən qısa uçuşlar təxminən 115 min rubla (3230 manat), Azərbaycana isə 248 min rubladır (6965 manat). Eyni zamanda, bu gün artıq Bakıya bilet yoxdur.
"Google”un rus seqmentində "Rusiyanı hara tərk etmək lazımdır” sorğusu pik həddə çatıb. Bu, Putin və Şoyqunun səfərbərliklə bağlı müraciətindən dərhal sonra baş verib. Ən çox bu mövzuya sərhəd Belqorod vilayətinin sakinləri maraq göstərib.
Ləman Qasımova
Oxşar xəbərlər
Oxşar xəbərlər