Rusiyada səfərbərlik əleyhinə kütləvi mitinq elan edildi
Rusiyada səfərbərlik əleyhdarlarının kütləvi mitinqi elan edilib. Bu barədə "Meduza” nəşri məlumat yayıb.
Bildirilib ki, mitinqin təşəbbüskarları "Vesna” hərəkatının üzvləridir.
Onlar Rusiya Federasiyasının Ukraynadakı təcavüzünə dəstək verməyən hər kəsi sentyabrın 21-i saat 19:00-da (Bakı vaxtilə 20.00-da) öz şəhərlərinin mərkəzlərinə toplaşmağa dəvət edirlər.
"Minlərlə rus kişisi - atalarımız, qardaşlarımız, ərlərimiz müharibənin ətçəkən maşınına atılacaq. Nə üçün öləcəklər? Analar, uşaqlar nəyə görə göz yaşı tökəcəklər?",-fəalların müraciətində bildirilir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər