İranda internet məhdudlaşdırılacaq
İranda internetdən istifadəyə məhdudlaşdırılacaq. Bu barədə xarici KİV yazıb.
Hazırda hökumət rəsmiləri məsələ ilə bağlı müzakirə aparırlar.
Qeyd olunub ki, bu addım ölkədə son günlər baş verən etiraz aksiyalarının sosial şəbəkələrdə daha da geniş yayılmaması üçün atılacaq.
İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Artıq bir neçə gündür başlayan kütləvi etirazlar hələ də davam etməkdədir. Aksiyalar ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər