Rusiya nə qədər itki verib? - AÇIQLAMA
Son sutkada Ukraynada Rusiya ordusunun 400 hərbçisi məhv edilib. Bu barədə UNİAN-a Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
www.anews.az
Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 55 510-a çatıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 236 tank, 4 776 zirehli döyüş maşını, 1 341 artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 169 hava hücumundan müdafiə sistemi, 253 təyyarə, 218 helikopter, 941 PUA, 240 qanadlı raket, 15 gəmi, 3 630 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər