Çində rüşvət alan nazir edama məhkum edildi
Çinin keçmiş ədliyyə naziri Fu Cinqhua edam cəzasına məhkum edilib. By barədə "The Guardian" yazır ki, o "rüşvətxorluq" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamları ilə mühakimə olunurdu.
Fu ədliyyə naziri, Pekin İctimai Təhlükəsizlik Bürosunun direktoru və ictimai təhlükəsizlik nazirinin müavini vəzifələrində çalışarkən özü və qohumları vasitəsilə 117 milyon yuan (təxminən 14,9 milyon dollar) rüşvət almaqda ittiham olunurdu. "Rüşvətxorluq" və "vəzifə səlahiyyətlərindən sui-istifadə"də təqsirli bilinən sabiq nazir və polis rəisi iki il müddətinə azadlıqdan məhrum edilməklə edam cəzasına məhkum edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər