Bu şəhərdə partlayış olub
Ukraynanın Rusiyanın işğalı altında olan Melitopol şəhərində partlayış olub. Bu barədə şəhər meri İvan Fedorov bildirib.
Onun sözlərinə görə, partlayışın Rusiyaya qarşı çıxmağa hazırlaşan yerli sakinləri qorxutmaq və çəkindirmək məqsədilə törədildiyi ehtimal olunur.
Şəhər meri bildirib ki, partlayışla bağlı dəqiqləşdirmələr aparılır.
Bu gün Melitopol şəhərinin də daxil olduğu Zaporejye vilayətində "referendum”un ilk səsverməsi keçirilir.
Kreml işğal altında saxladığı bir sıra ərazilərdə, o cümlədən Donetks, Luqansk və Zaporejye vilayətlərində bu əraziləri Rusiyaya birləşdirmək üçün "referendum” keçirilməsini elan edib.(Ukrinform)
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər