Dünyada koronavirusla bağlı son STATİSTİKA
Dünyada 619 203 560 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə xarici KİV-də qeyd olunub.
www.anews.az
Virusdan 6 536 797 xəstə ölüb, 599 106 378 nəfər sağalıb.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ 97 795 728 , Hindistan 44 558 425, Fransa 35 050 133, Braziliya 34 659 526 və Almaniyada 32 905 086 nəfərdir.
Azərbaycanla sərhəddə Rusiyada 20 641 559, Türkiyədə 16 852 382, İranda 7 545 855, Gürcüstanda 1 762 206, Ermənistanda isə 441 444 nəfərdə koronavirus aşkar edilib.
Azərbaycanda koronavirusa yoluxan 820 299 nəfərin 9 900-ü ölüb, 808 981 xəstə müalicə olunaraq sağalıb.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər