Ukrayna Müdafiə Nazirliyi itkilərinin sayını açıqlayıb
Ukrayna itkilərinin sayı 9 min nəfərdən çoxdur. Bu barədə "RBK Ukraina”ya xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
O bildirib ki, bu, dəqiq rəqəm deyil.
"Çünki Mariupolda ölən döyüşçüləri saymaq mümkün deyil”.
Malyarın sözlərinə görə, Ukraynanın itkiləri qarşı tərəflə müqayisədə xeyli azdır. O, bunu Ukrayna ordusunun bacarığı ilə əlaqələndirib.
"Bu, yalnız hərbçilərin sayıdır. Həlak olan mülki şəxslərin sayını isə başqa qurum hesablayır”,- nazir müavini bildirib.
Son sutkada Ukraynada Rusiya ordusunun 550 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 56 060-a çatıb.
Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 56 060-a çatıb.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər