• $
  • £

İranda kütləvi etirazlarda 76 nəfərin öldürüldüyü təsdiqləndi

İranda kütləvi etirazlarda 76 nəfərin öldürüldüyü təsdiqləndi
27.09.2022 15:18
İran İnsan Haqları Təşkilatı sentyabrın 25-nə olan hesabatında ölkənin əksər əyalətlərini bürüyən etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən öldürülən 76 nəfərin adını açıqlayıb. Bu barədə Azad İran kanalı məlumat yayıb.

Hesabata görə, Mazandaran əyaləti 25, Qərbi Azərbaycan, Gilan və Kürdüstan əyalətləri hər birində 10 nəfər itki olmaqla siyahıda ilk yerləri tuturlar.

Yayılan videolarda bir neçə şəhərdə repressiz qüvvələrini dinc etirazçılara odlu silahlardan atəş açdıqları görünür.

İran televiziyası sentyabrın 24-də rəsmi məlumatlara istinadən İran rəsmilərinin iğtişaşçı adlandırdığı 41 nəfərin öldüyü barədə məlumat yaymışdı.

İnsan haqları təşkilatları internetə qoyulan məhdudiyyətlər səbəbindən məlumatların gec yayıldığını və ölü sayının rəsmi rəqəmlərdən qat-qat çox olduğunu bildirirlər.
 
İranda hicaba görə saxlanılan qızın ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Belə ki, etiraz olaraq bir çox mağazalar fəaliyyətini dayandırıb. Bir çox universitet tələbələri dərslərə girməkdən imtina edib. Hətta etiraz üçün saçlarını kəsən bir qism qızlara da rast gəlinib. Hazırda İranda etiraz aksiyaları hələ də davam edir. 
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Dünya 23:05
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
Dünya 23:00
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Dünya 22:15
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Dünya 20:39
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Dünya 19:30
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb
Dünya 19:04
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb

İran Hörmüz boğazından ilk gəlirini əldə edib
Dünya 14:33
İran Hörmüz boğazından ilk gəlirini əldə edib

Paşinyan: Ermənistanın KTMT-də qalması mövcud vəziyyətdən asılı olacaq
Dünya 13:52
Paşinyan: Ermənistanın KTMT-də qalması mövcud vəziyyətdən asılı olacaq
ABŞ İran bayraqlı tankerləri ələ keçirib
Dünya 10:07
ABŞ İran bayraqlı tankerləri ələ keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol