Rusiya nə qədər itki verib? - AÇIQLAMA
Ukrayna Silahlı Qüvvələri ötən sutka 400 rusiyalı hərbçini məhv edib və hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin itkiləri 58150 nəfər təşkil edib. UNİAN xəbər agentliyi bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, 28 sentyabra qədər Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2312 tank, 4889 zirehli maşın, 1381 artilleriya sistemi, 331 reaktiv yaylım atəşi sistemi, 175 hava hücumundan müdafiə sistemi, 262 təyyarə, 224 helikopter, 989 operativ-taktiki PUA, 242 qanadlı raket, 15 gəmi/qayıq, 3742 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.
"Düşmən son sutka ərzində daha çox Kramatorsk və Donetsk istiqamətlərində itkilər verib”, - məlumatda qeyd olunub.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər