İrandakı aksiyalarda ölənlərin sayı 76-ya çatdı
İranda hazırda davam edən etiraz aksiyaları zamanı həlak olanların sayı 76-ya çatıb. Bu barədə məlumatı "Iran Human Rights” qeyri-hökumət təşkilatı yayıb.
www.anews.az
Daha əvvəl yayılan məlumatda isə, aksiyalar zamanı 55 nəfərin öldüyü bildirilirdi.
İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı polis etirazçılara atəş açıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər