• $
  • £

Vahid Ələkbərova sanksiya tətbiq edilib

Vahid Ələkbərova sanksiya tətbiq edilib
11.10.2022 14:32
Yeni Zelandiya "Lukoyl” şirkətinin keçmiş prezidenti və sabiq baş icraçı direktoru Vahid Ələkbərovu sanksiya tətbiq edib. Bu barədə məlumatı BBC yayıb.
 
Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirib. Sanksiya siyahısına Rusiyanın 75 vətəndaşı və iki şirkəti əlavə olunub. Onlardan 24-ü məmurdur. Rusiya rəsmiləri Ukrayna bölgələrinin ilhaqı ilə əlaqədar sanksiyaya məruz qalıblar.
 
Həmin siyahıya Ələkbərovla yanaşı "Qazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov, "Vneşekonombank”ın sədri Sergey Qorkov, "Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev, "Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson, "Norilsk Nikel”in prezidenti Vladimir Potanin və başqaları daxildir.
 
Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Maxuta qeyd edib ki, sanksiya siyahısında olanlar arasında bu ölkə ilə əlaqələri olan "Evraz Group”un Direktorlar Şurasının rəhbəri Aleksandr Abramov da var.

"Abramov və onun ailə üzvlərinə Yeni Zelendiyaya səyahət qadağası qoyulacaq, onların təyyarə və gəmilərinin hava məkanımıza və limanlarımıza daxil olması qadağan ediləcək. Sanksiyaların məqsədi günahsız yeni zelandiyalıları cəzalandırmaq deyil, Rusiyaya təzyiq göstərməkdir”, - nazir deyib.
 
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Ləman


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Cəmiyyət 12:08
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 11:50
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Xəzərdə zəlzələ olub
Cəmiyyət 11:18
Xəzərdə zəlzələ olub
Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb
Cəmiyyət 11:11
Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb
2025-də doğulan hər 4 körpədən biri 3,5 kiloqramdan ağır olub
Cəmiyyət 11:01
2025-də doğulan hər 4 körpədən biri 3,5 kiloqramdan ağır olub
Ədalət Verdiyev: Hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir
Cəmiyyət 10:43
Ədalət Verdiyev: Hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol