• $
  • £

Türkiyə Putinin qaz qovşağı yaratmaq təklifinə maraq göstərib - Peskov

 Türkiyə Putinin qaz qovşağı yaratmaq təklifinə maraq göstərib  - Peskov
13.10.2022 15:49
Ankara Türkiyədə qaz qovşağı yaratmaq təklifinə maraq göstərib, iki ölkənin prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu məsələni tez bir zamanda həll etməyi tapşırıblar. Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.  

"Türkiyə tərəfi prezident Putinin bu təşəbbüsünə kifayət qədər maraq göstərərək reaksiya göstərdi və prezidentlər bu məsələni çox tez bir zamanda həll etməyi tapşırıblar", - Peskov Putin və Ərdoğan arasında Astanada keçirilən danışıqların yekunu üzrə bildirib.

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib ki, Türkiyədə qaz qovşağı yaradılarsa, bu qovşaq qazın qiymətinin müəyyən ediləcəyi platformaya çevrilə bilər.

"Dünən Enerji həftəsində sizin energetika naziriniz, "Botaş”ın rəhbəri ilə məsləhətləşmələrdən sonra biz "Qazprom”la razılaşdıq. Mən bunu açıq şəkildə dedim. Əgər Türkiyəyə və başqa ölkələrdəki potensial alıcılarımızın marağı olarsa, başqa bir layihənin tikintisini nəzərdən keçirə bilərik. Qazın üçüncü ölkələrə, ilk növbədə, təbii ki, Avropa ölkələrinə satışı üçün Türkiyə ərazisində qaz qovşağının yaradılması mümkündür”, - Putin deyib. 

O əlavə edib ki,  bu mərkəz təkcə ixrack üçün deyil, həm də qiymətlərin müəyyən edilməsi üçün bir platforma ola bilər və  bu, çox vacib məsələdir. 

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol