• $
  • £

Laçın hava limanının tikintisinin başa çatacağı tarıx açıqlandı

Laçın hava limanının tikintisinin başa çatacağı tarıx açıqlandı
20.10.2022 10:42
Laçın rayonunda beynəlxalq hava limanının tikintisi üzrə işlər 2024-cü ilin sonu - 2025-ci ilin əvvəlində başa çatdırılacaq, bu barədə "AzVirt” tikinti şirkətinin media meneceri Ceyhun Səfərov "İnterfaks-Azərbaycan” agentliyinə bildirib.  

"Mürəkkəb coğrafi mövqeyə görə Laçın Beynəlxalq Hava Limanının ərazisinin torpaq işlərinə ehtiyacı var və hazırda orada bu işlər  aparılır. İşlərin gedişi həmçinin hava şəraitindən asılıdır. Buna baxmayaraq, obyektin vaxtında təhvil verilməsi üçün bütün qüvvələr səfərbər edilib. Biz gözləyirik ki, tikinti  2024-cü ilin sonu - 2025-ci ilin əvvəlində başa çatacaq”, - Səfərov bildirib.

Onun sözlərinə görə, hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, platformanın sahəsi isə 47 min kvadratmetr olacaq.

AzVirt nümayəndəsi qeyd edib ki, şirkət digər subpodratçılarla yanaşı, Qarabağda və Şərqi Zəngəzurda da yolların tikintisi işləri aparır. O, xüsusilə Füzuli-Əhmədbəyli, Füzuli-Hadrut, Kəlbəcər-Laçın və digər avtomobil yollarını qeyd edib.

Eyni zamanda, Səfərovun sözlərinə görə, Füzuli-Hadrut yolunun 2022-ci ilin sonuna kimi istifadəyə verilməsi gözlənilir.

Laçın hava limanı Qarabağda və Şərqi Zəngəzurda tikilən üçüncü hava limanı olacaq. 2021-ci ilin sentyabrında Füzuli hava limanı istifadəyə verilib, 20 oktyabr 2022-ci ildə Zəngilan hava limanı istifadəyə veriləcək.

Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl Laçındakı hava limanının 2025-ci ildə istifadəyə veriləcəyini və bundan sonra ölkədə beynəlxalq hava limanlarının sayının 9-a çatdırılacağını bildirib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycanda yeni kalsinasiya və anodbişirmə zavodu tikiləcək
İqtisadiyyat 10:43
Azərbaycanda yeni kalsinasiya və anodbişirmə zavodu tikiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol